“Millidən təklif yoxdur, danışmağa dəyməz” – Bağırov

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 16-cı turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, qolsuz birən matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun alındı. Qol olmasa da, mübarizəli oyun keçdi. İlk yarıda qol epizodlarımız var idi. Amma yararlana bilmədik. Yolumuza davam edəcəyik.

Mənim üçün yerli futbolçu çatışmazlığı var. Bu barədə qışda düşünəcəyik. Yaxşı qolçu futbolçu da tapa bilərik. Amma komandamıza ilin əvvəlində istədiyimiz 20 futbolçudan ikisi gəldi.

Çempionatın liderləri ilə yaxşı mübarizə aparırıq, uduzmaq lazım olmayanda uduzuruq. Yaxşı yerlərdə olmalıyıq. Futbolçulara deyirəm ki, siz daha yaxşılarına layiqsiniz. Yuxarıda olmaq istəyirik. Hər xal bizim üçün qənimətdir. Şansımızı güdürük ki, yuxarı çıxaq. “Sabah”la oynayacağıq. Mənim üçün Azərbaycanda üç klubdan biridir. Çalışacağıq ki, yuxarılarda olaq. Allah qoysa, orada olarıq.

Heç vaxt hakimlikdən şikayət etməmişəm. Hamımız səhv edə bilərik. Hakimlərə də meydanda, meydandan kənarda dəstəyimiz lazımdır.

Millidən təklif gələr, yoxsa gəlməz, bunu bilmirəm. Bu, müzakirə mövzusu deyil. Məncə, bir məşqçi bir yerdə çalışmalıdır. Beyin bir yer üçün çatır. Millidə işləyən hər bir şəxs bacardığını maksimum ora qoymalıdır. Təklif yoxdur, danışmağa dəyməz”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button