Milli Paralimpiya Komitəsinə yeni rəhbər seçiləcək

Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar iclasının gündəliyi açıqlanıb.

Komanda.az komitəyə istinadən xəbər verir ki, iyulun 24-də keçiriləcək ümumi yığıncaqda bəzi məsələlər müzakirə olunacaq.

İlqar Rəhimovun prezident vəzifəsindən istefasının təsdiqinin ardından yeni rəhbər seçiləcək. Həmçinin, qurumun vitse-prezidentləri ilə bağlı seçki olacaq.

Gündəlikdəki digər məsələ Milli Paralimpiya Komitəsinin nizamnaməsində müəyyən əlavə və dəyişikliklərin edilməsidir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil olunacaq növbədənkənar ümumi yığıncaq saat 11:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button