Milli komandadan “Səbail” üzərində qələbə

Bakıda təlim-məşq toplanışını davam etdirən 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Səbail”in ikinci komandası ilə oyun 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.

U-18-in qollarını 51-ci dəqiqədə Sadiq Şəfiyev və 90-cı dəqiqədə Şahin Şahniyarov vurub.

Xatırladaq ki, U-18 bundan öncə “Zirə”nin əvəzediciləri ilə oyundan heç-heçə (1:1) ilə ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button