Milli komandadan “Neftçi” üzərində qələbə

Bakıda təlim-məşq toplanışını davam etdirən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Neftçi”nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:2 hesablı qələbə qazanıb.

Ümid Səlimovun het-trik etdiyi oyunda U-15-in digər qolunu Hüseyn Vəlizadə vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button