Milli komandada yeni baş məşqçi

Karluş Keyruşun yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Qətər milli komandasının baş məşqçisi təyin olunub.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Onunla 2026-cı ilə kimi müqavilə imzalanıb.

Keyruş dünya çempionatından sonra vəsifəsindən ayrılan Feliks Sançesi əvəzləyib. 69 yaşlı Keyruşun son iş yeri isə İran yığması olub. O da Qətərdə keçirilən mundialda İran millisinə rəhbərlik edirdi. Keyruş əvəllər Misir, Kolumbiya, Portuqaliya, CAR və BƏƏ yığmalarında da rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button