Millətlər Liqasında oynamaqdan imtina etdi – belaruslu futbolçu

Rusiyanın “Rubin” klubunda çıxış edən Belarus millisinin futbolçusu Vitali Lisakoviç UEFA Millətlər Liqasının matçlarında oynamaq istəməyib.

Komanda.az Belarus mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu milli komandadan gələn zənglərə və mesajlara cavab verməyib.

Onun bu addımı hansı səbəbdən atması məlum deyil.

Belarus millisi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. İyunun 6-da həmin arenada Azərbaycan millisini qəbul edəcək Belarus yığması ayın 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də Bakıda yenidən Azərbaycan millisi ilə üz-üzə gələcək.

UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button