Millətlər Liqası: Qrup mərhələsinə yekun vuruldu

UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 qarşılaşma keçirilib.

A Liqasının 1-ci qrupunda Xorvatiya Avstriyanın, Fransa Danimarkanın qonağı olub. Sonuncu turda yalnız Xorvatiya və Danimarkanın final mərhələsinə yüksəlmək şansı vardı. Yekunda qrup liderliyi səfərdə Avstriya üzərində inamlı qələbəyə sevinən xorvatlara qismət olub. Fransa yığması isə Danimarka ilə oyunda 2 cavabsız qolla məğlub olub.

4-cü qrupda Niderland Belçikanı, Uesl Polşanı qəbul edib. “Narıncılar” çətin qələbə ilə qrup liderliyini rəsmiləşdiriblər. Britaniyalılar isə Polşaya məğlub olmaqla aşağı liqaya eniblər.

C Liqasındakı görüşlər formal xarakter daşıyıb. Hər iki qrupda liderlər və aşağı liqaya düşəcək komandalar əvvəlki turlarda bəlli idi. Azərbaycan yığmasının qrup lideri Qazaxıstanı böyük hesabla yendiyi gündə, qrupun digər matçı (Belarus – Slovakiya) heç-heçə yekunlaşıb. Türkiyə millisi səfərdə Farer adalarına, Litva isə Lüksemburqa məğlub olub.

D Liqasında Andorra Latviya ilə, Moldova isə Lixtenşteynlə üz-üzə gəlib. Latviya bu tur xal itirsə də, liderliyini qoruyub və C Liqasına vəsiqə qazanıb. Eyni xala malik Moldova isə ikinci olub.

A Liqasında Macarıstan İtaliyanı qəbul edib. Son Avropa çempionu final mərhələsinə yüksəlmək üçün səfərdən qələbə ilə dönməliydi. Meydan sahiblərinə heç-heçə də kifayət edəcəkdi. Amma İtaliya yığması səfərdə inamlı qələbə sayəsində qrup qalibi olub. 3-cü qrupda Almaniyanı qəbul edən İngiltərənin aşağı liqaya düşəcəyi dəqiqləşmişdi. Buna baxmayaraq, sözügedən komandaların görüşü kifayət qədər gərgin və məhsuldar alınıb. 6 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Digər qruplarda isə liderlər əvvəlki turlarda bəlli olmuşdu. B Liqasında 3-cü qrupun qalibi olmuş Bosniya və Herseqovina son turda səfərdə Rumıniyaya böyük hesabla uduzub. Monteneqro isə evdə Finlandiyaya 2 cavabsız qolla məğlub olub.

C Liqasında 4-cü qrupun lideri olan Gürcüstan yığması son turda Cəbəllütariqlə səfər oyunundan da qalib ayrılıb. Şimali Makedoniya yığması isə evdə Bolqarıstana minimal hesabla uduzub.

Nəhayət, D Liqasının 2-ci qrupunun son matçında lider Estoniya San Marinonu səfərdə 4 cavabsız qolla üstələyib.

Sonuncu oyun günündə A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub. A Liqasının 2-ci qrupunda Portuqaliya və İspaniya 1-ci yer, İsveçrə ilə Çexiya isə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. Bu duellərdə Portuqaliya və İsveçrəni heç-heçə də qane edirdi. İspaniya və Çexiya isə mütləq qələbə qazanmalıydı. Maraqlıdır ki, yekunda məhz bu iki komanda qalib gəlməklə istəyinə nail olub.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Nominal meydan sahibləri A Liqasına və pley-offa adlamaq üçün rəqibini məğlub etməliydi. Lakin bu görüşdə qapılara qol vurulmayıb. Qrupun digər matçında İrlandiya yığması Ermənistanı məğlub yola salıb. Nəticədə qrup sonuncusu olan ermənilər C Liqasına düşüblər.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Bu oyunda albanlar minimal hesabla qalib gəliblər.

4-cü qrupda Norveç yığması evdə Serbiya ilə qarşılaşıb. Hər iki kollektiv 10 xala malik olsa da, Skandinaviya təmsilçisi şəxsi oyunlarda üstünlüyü malik olduğundan ilk pillədə qərarlaşmışdı. Odur ki, serbiyalılara səfərdə mütləq qələbə lazım idi. Yekunda sevinən tərəf məhz Serbiya yığması olub. Qrupun digər matçında Sloveniya səfərdə İsveçlə qarşılşıb. B Liqasında qalmaq üçün qonaqlara heç-heçə də kifayət edirdi. Sonda məhz bu nəticə qeydə alınıb və İsveç yığması da B Liqası ilə vidalaşıb.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni ötən tur təmin edən Yunanıstan seçməsi Şimali İrlandiyanı, Kosovo isə Kipri sınağa çəkib. Burada əsas mübarizə 3 komanda arasında C Liqasında qalmaq uğrunda gedirdi. Hər iki oyunda meydan sahibləri qalib gəlib. Yekunda Şimali İrlandiya yığması D Liqasına düşüb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur

25 sentyabr

A Liqası, 1-ci qrup

Avstriya – Xorvatiya 1:3
Qol
: Baumqartner, 9 – Modriç, 6. Livaya, 69. Lovren, 72.

Danimarka – Fransa 2:0
Qol
: Dolberq, 34. Olsen, 39.

Xal: Xorvatiya – 13, Danimarka – 12, Fransa – 5, Avstriya – 4

4-cü qrup

Niderland – Belçika 1:0
Qol
: Van Deyk, 73.

Uels – Polşa 0:1
Qol
: Sviderski, 58.

Xal: Niderland – 16, Belçika – 10, Polşa – 7, Uels – 1

C Liqası, 1-ci qrup

Farer adaları – Türkiyə 2:1
Qol
: Davidsen, 53. Edmundsson, 59 – S.Gürler, 89.

Lüksemburq – Litva 1:0
Qol
: Rodriqes, 88

Xal: Türkiyə – 13, Lüksemburq – 11, Farer adaları – 8, Litva – 1

3-cü qrup

Slovakiya – Belarus 1:1
Qol
: Zrelak, 65 – Baxar, 45.

Azərbaycan – Qazaxıstan 3:0
Qol
: A.Maroçkin, 67-öz qapısına. F.Ozobiç, 74. A.Nuriyev, 90+1.

Xal: Qazaxıstan – 13, Azərbaycan – 10, Slovakiya – 7, Belarus – 3

D Liqası, 1-ci qrup

Andorra – Latviya 1:1
Qol
: Rosas, 88 – Qutkovski, 50.

Moldova – Lixtenşteyn 2:0
Qol
: Stina, 90+2; 90+4.

Xal: Latviya – 13, Moldova – 13, Andorra – 8, Lixtenşteyn – 0

26 sentyabr

A Liqası, 3-cü qrup

İngiltərə – Almaniya 3:3
Qol
: Şou, 72. Maunt, 75. H.Keyn, 84 – İ.Gündoğan, 52. Haverts, 67; 87.

Macarıstan – İtaliya 0:2
Qol
: Raspadori, 27. Dimarko, 52.

Xal: İtaliya – 11. Macarıstan – 10. Almaniya – 7. İngiltərə – 3

B Liqası, 3-cü qrup

Monteneqro – Finlandiya 0:2
Qol
: Antman, 47. Kallman, 53.

Rumıniya – Bosniya və Herseqovina 4:1
Qol
: Man, 38. Puşkaş, 73; 86. Ratiu, 79 – Dzeko, 77.

Xal: Bosniya və Herseqovina – 11. Finlandiya – 8. Monteneqro – 7. Rumıniya – 7

C Liqası, 4-cü qrup

Cəbəllütariq – Gürcüstan 1:2
Qol
: Annesli, 75 – Kvaratsxeliya, 19-pen. Tsitaişvili, 48.

Şimali Makedoniya – Bolqarıstan 0:1
Qol
: Despodov, 50.

Xal: Gürcüstan – 16. Bolqarıstan – 9. Şimali Makedoniya – 7. Cəbəllütariq – 1

D Liqası, 2-ci qrup

San Marino – Estoniya 0:4
Qol
: Anier, 38; 79. Teniste, 56. Sappinen, 66.

Xal: Estoniya – 12. Malta – 6. San Marino – 0

27 sentyabr

A Liqası, 2-ci qrup

Portuqaliya – İspaniya 0:1
Qol
: Morata, 88.

İsveçrə – Çexiya 2:1
Qo
l: Freuler, 29. Embolo, 30 – Şik, 45.

Xal: İspaniya – 11. Portuqaliya – 10. İsveçrə – 9. Çexiya – 4.

B Liqası, 1-ci qrup

Ukrayna – Şotlandiya 0:0

İrlandiya – Ermənistan 3:2
Qol
: Eqan, 18. Obafemi, 52. Breydi, 90+1-pen – Daşyan, 71. Spertsyan, 73.

Xal: Şotlandiya – 13. Ukrayna – 11. İrlandiya – 7. Ermənistan – 3.

B Liqası, 2-ci qrup

Albaniya – İslandiya 1:0
Qol
: Lenyani, 35.

Xal: İsrail – 8. Albaniya – 4. İslandiya – 3. Rusiya – 0.

B Liqası, 4-cü qrup

İsveç – Sloveniya 1:1
Qol
: Forsberq, 42 – Sesko, 28.

Norveç – Serbiya 0:2
Qol
: Vlahoviç, 42. Mitroviç, 54.

Xal: Serbiya – 13. Norveç – 10. Sloveniya – 6. İsveç – 4.

C Liqası, 2-ci qrup

Yunanıstan – Şimali İrlandiya 3:1
Qol
: Pelkas, 14. Masuras, 55. Mantalos, 80 – Laveri, 18.

Kosovo – Kipr 5:1
Qol
: Musliya, 22. Rudani, 45+1. Raşani, 47. Muriqi, 52; 84 – Roberqe, 81.

Xal: Yunanıstan – 15. Kosovo – 9. Kipr – 5. Şimali İrlandiya – 5.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button