
Militaonu ən çox təəccübləndirən futbolçu
“Real”ın müdafiəçisi Eder Militao komanda yoldaşları arasında onu ən çox heyrətləndirən futbolçunun adını açıqlayıb.
28 yaşlı futbolçu, xüsusi olaraq komandanın sabiq kapitanı Serxio Ramosı qeyd edib. Ramos 2021-ci ildə “kral klubu”ndan ayrılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi, Ramosun həm texnikası, həm gücü, həm də liderlik keyfiyyətlərinin onu fərqli səviyyəyə qaldırmasından danışıb:
“Kim məni ən çox təəccübləndirdi? Serxio Ramos. Onun texnikası, gücü və liderliyi inanılmaz idi. O, başqa səviyyədə çıxış edirdi. Onunla məşqlərdə olanda düşünürdüm ki, mən də belə müdafiəçi olmalıyam”.
Ramos mart ayında 40 yaşını tamamlayıb və hazırda klubsuz olsa da, futbolçu karyerasını bitirməyib.
Bizi Facebook-da izləyin



