665 gün sonra meydana qayıtdı

Son zamanlar zədələr səbəbindən oyunlardan uzaq qalan “Yuventus”un hücumçusu Arkadiuş Milik 665 günlük fasilədən sonra meydana qayıdıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliya çempionatının 30-cu turunda, “Sassuolo”ya qarşı (1:1) oyunda 11 dəqiqə meydanda olub.

“Sassuolo” ilə matçdan əvvəl Milikin klubda son oyunu 25 may 2024-cü ildə, “Monza”ya qarşı (2:0) olub.

34 yaşlı futbolçu 2022-ci ildən “Yuventus”da çıxış edir və klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button