“Milan” 4 hücumçu arasında seçim edəcək

“Milan” yeni hücumçu axtarışlarını davam etdirir. Keçən qış Santyaqo Ximenesi 32 milyon avro qarşılığında heyətinə qatan “qırmızı-qaralar” onun oyunundan narazıdır və əvəzləyici axtarır.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Milan”ın qısa siyahısına bu futbolçular daxil edilib: Conatan Burkardt (“Ayntraxt”), Coşua Zirkze (“Mançester Yunayted”), Artyom Dovbik (“Roma”), Xoakim Paniçelli (“Strasburq”).

“Milan” sabah İtaliya çempionatının 10-cu turu çərçivəsində “Roma” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button