“10 il əvvəlki İbrahimoviç deyiləm”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan 39 yaşlı futbolçu, komandanın bu mövsümkü çıxışını dəyərləndirib:

“Milan”a ilk gələndə çempionluq üçün döyüşən bir komanda var idi. İndi komandanı əvvəlki vaxtlarına qaytarmaq istəyirik. Möhtəşəm performans sərgiləyirik. Yaxşı gedirik, amma hələ ortada heç nə yoxdur, titul qazanmamışıq. Bunu ağlımızda saxlayaraq, yolumuza davam edirik. Artıq çoxlu təcrübə qazanmışam. 5 il, 10 il əvvəlki İbrahimoviç deyiləm”.

“Milan” İtaliya A Seriyasında 26 xalla liderdir.