Mancukiçdən “Milan”a 300 min avroluq jest

“Milan”ın hücumçusu Mario Mancukiç kluba jest edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı futbolçu, zədə səbəbindən mart ayında heç bir oyuna çıxmadığı üçün həmin ayın məvacibini kluba bağışlayıb. Bu barədə “Milan”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Mancukiçin bir aylıq məvacibini – 300 min avronu kluba ianə etdiyi bildirilib. Bu məbləğ klubun fonduna köçürüləcək.

Bu ilin yanvarında “Milan”la müqavilə imzalayan 34 yaşlı hücumçu bu mövsüm 4 oyuna çıxıb. Mançukiçin klubla müqaviləsi iyula qədərdir.