“Milan”ın Sterlinq planı

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” bu yay Sterlinqi transfer etmək istəyir. 

İngiltərə millisinin üzvü olan 27 yaşlı futbolçunun “şəhərlilər”lə müqaviləsi gələn ilin yayında başa çatır. Onun müqaviləsinin uzadılması ilə bağlı danışıqlar hələ başlamayıb.