İbrahimoviç seçimini etdi: Ronaldo, yoxsa Messi?

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç Lionel Messi ilə Kriştiano Ronaldonu müqayisə edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli hücumçu, iki futbolçu arasında seçim etməli olsa, Messini seçəcəyini deyib:

“Çətin sualdır. Hər ikisi güclü futbolçudur. İkisindən birini seçməliyəmsə, Messini deyərdim. Onunla oynamışam və onu yaxşı tanıyıram”