PSJ ilə “Milan” arasında danışıqlar başladı

“Milan”ın futbolçusu Teo Hernandes karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 22 yaşlı müdafiəçi PSJ-yə keçməyə yaxındır. Bu barədə “Onda Cero” portalı məlumat yayıb. Xəbərdə, “Milan” və PSJ nümayəndələri arasında danışıqların başladığı bildirilib. “Qırmızı-qaralar” müdafiəçini ucuz qiymətə satmaq niyyətində deyil.

Keçən ilin yayında “Real”dan “Milan”a keçən Hernandesin müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button