“Milan”dan gürcü hücumçu üçün 10 milyon avroluq təklif

“Milan” “Metz”in gürcüstanlı hücumçusu Georgi Mikautadzeni transfer etmək təklifi ilə çıxış edib.

Komanda.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Məlumata görə, “Milan” 10 milyon avroluq təkliflə hücumçunun transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə edib. İtaliya klubunun texniki direktoru Paolo Maldininin artıq bir neçə dəfə gürcü hücumçu ilə əlaqə saxladığı bildirilir.

22 yaşlı Mikautadze bu mövsüm “Metz”in heyətində 38 oyun keçirib, 24 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button