“Milan”dan ayrılır, Fransaya qayıdır

“Milan” klubu idman direktoru Leonardo ilə yollarını ayırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İtaliya A Seriyasında mövsümü 5-ci pillədə tamamlayan “Milan”, ilk olaraq braziliyalı mütəxəssisi göndərəcək. Leonardonun ayrılığının bu gün açıqlanacağı gözlənilir.

Fransa mətbuatı isə Leonardonun PSJ-yə qayıdacağını iddia edib. 49 yaşlı mütəxəssis 2011-2013-cü illər aralığında Paris təmsilçisində idman direktoru vəzifəsində çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button