“Milan” tarixən İngiltərə klublarına qarşı zəif oynayıb” – Pioli

“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/8 mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

Milan klubu İngiltərə “Tottenhem”i ilə qarşılaşacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Pioli, “Milan”ın İngiltərə klublarına qarşı zəif çıxış etdiyini xatırladıb:

“Tottenhem”ə qarşıda bizi iki çətin oyun gözləyir. Bu, güclü komandadır, üstəlik, londonluların baş məşqçisi də bizi yaxşı tanıyır. Bu, böyük sınaqdır, biz inamlı oynamaq istəyirik.

Mükəmməl komanda yoxdur. Biz yüksək səviyyə nümayiş etdirməli, həm də, növbəti mərhələyə adlaya biləcəyimizə əminliklə oynamalıyıq. “Milan” tarixən İngiltərə klublarına qarşı zəif oynayıb. Bu tendensiyanın qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Antonio Konte çoxlu kubokları olan əla baş məşqçidir. Onun komandası çox yığcam görünür və heyətində çoxlu ulduzlar var: Harri Keyn, Perişiç, Kuluşevski”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button