“Milan” onunla vidalaşacaq – İbrahimoviç gəlsə

İtaliyanın “Milan” klubu qış fasiləsində forvardı ilə yollarını ayıra bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kşiştof Pyatek “qırmızı-qaralar”ı tərk edə bilər. Polşalı futbolçu, Zlatan İbrahimoviçin qışda “Milan”a qayıdacağı halda, klubla yollarını ayıracaq.

Yanvardan “Milan”ın şərəfini qoruyan Pyatek, cari mövsümdə A Seriyasında iştirak etdiyi 15 oyunda 4 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Dekabrın 31-də “Los Anceles Qalaksi” ilə müqaviləsi başa çatacaq İbrahimoviçin yenidən “Milan”da çıxış edəcəyi bildirilir. O, 2011-2012-ci illərdə də “Milan”ın şərəfini qorumuşdu.