“Milan” “İnter”i təhqir etdi: kuboku arxanıza soxun – FOTO

“Milan”ın futbolçuları İtaliya çempionu olduqdan sonra avtobusla şəhər küçələrində gəziblər.

Komanda.az xəbər verir ki, bayram təntənəsi zamanı “Milan”ın futbolçuları əzəli rəqib “İnter”i təhqir ediblər. Futbolçuların əllərində tutduqları bannerdə belə yazılıb: “Qazandığınız İtaliya kubokunu arxanıza soxun”.

Çox güman ki, bu banner Massimo Ambrozininin 2007-ci ildə Çempionlar Liqasındakı uğurdan sonra A Seriyasını qazanan “İnter”ə ünvanlanmış şüarını xatırlatmaqdır. Həmin vaxtkı şüarın mətni indiki ilə eynidir.

Xatırladaq ki, “Milan” 2010/2011 mövsümündən sonra ilk dəfə İtaliya çempionu olub. Komanda tarixində 19-cu dəfə çempionluğu qazanıb. Bu göstəriciyə görə “Milan” “İnter”ə çatıb. Ən çox qələbə qazanan isə “Yuventus”dur – 36.

Bizi Telegramda izləyin