
“Milan” Hernandesi əvəzləyəcək futbolçunu seçib
“Real”ın müdafiəçisi Fran Qarsiya İspaniya La Liqasından İtaliya A Seriyasına keçə bilər.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Milan” ispaniyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Milanlılar Qarsiyanı Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçən Teo Hernandesin əvəzedicisi kimi görür.
25 yaşlı müdafiəçi 2024/2025 mövsümündə Madrid klubunda 31 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



