Milan Ante Rebiçi alıb, Andre Silvanı göndərdi

İtaliyanın “Milan” klubu Avropada transfer pəncərəsinin son günü heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Ante Rebiçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı xorvatiyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Xorvatiyanın “Split” klubunun yetirməsi olan Rebiç, əvvəllər də İtaliyada çıxış edib. O, 2013-cü ildə “Fiorentina”ya transfer olunub. Lakin Florensiya klubunda elə də çox forma şansı qazanmadığı üçün müxtəlif vaxtlarda “Leyptsiq”, “Verona” və “Ayntraxt”a icarəyə verilib. Frankfurt təmsilçisi 2018-ci ildə Antenin transfer hüquqlarını da alıb.

“Milan” Rebiçin transferi qarşılığında öz futbolçusu Andre Silvanı 2 illiyə “Ayntraxt”a icarəyə verib. 23 yaşlı portuqaliyalı hücumçu Frankfurt təmsilçisində 2021-ci ilin yayına kimi çıxış edəcək.

Portuqaliya yığmasının da üzvü olan Silva, “Milan”a 2017-ci ildə “Portu”dan gəlib. O, geridə qalan mövsümü İspaniyanın “Sevilya” klubunda keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button