Messiyə inanılmaz təklif!

Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” PSJ-nin hücumçusu Lionel Messiyə təklifini artırıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, müqavilənin məbləği bir mövsümdə 500 milyon avroya yüksəlib. “Əl-Hilal” Messinin “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo ilə eyni liqada oynamasında maraqlı olduğundan, 35 yaşlı argentinalıya rekord təklif edib.

Məlumatda Messinin hələ də “Barselona”ya qayıtmağa üstünlük verdiyi də qeyd edilir. Argentinalı hücumçu mayın sonuna qədər gələcəyi ilə bağlı qərar verəcək.

Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, bu mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button