Messinin transferinə şübhə ilə yanaşırdı – Qovuldu!

“İnter Mayami” klubu qapıçı Nik Marsmanla müqaviləyə xitam verdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun bu qərarının səbəbləri açıqlanmasa da, bir neçə həftə əvvəl niderlandlı qapıçı Lionel Messinin transferinin məqsədəuyğunluğuna şübhə ilə yanaşmışdı:

“Şəxsən mən klubun Messiyə hazır olduğunu düşünmürəm. Müvəqqəti stadionumuz var, insanlar qazonda gəzə bilir, darvazalar yoxdur. Stadionu mühafizəsiz tərk edirik. Düşünürəm ki, infrastrukturumuz Messinin gəlişinə hazır deyil”.

Messi bu yay PSJ-dən ayrıldıqdan sonra “İnter Mayami”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button