Messinin təqdimatını nə qədər insan izləyib? – Açıqlama

“İnter Mayami”nin həmsahibi Devid Bekhem argentinalı futbolçu Lionel Messinin təqdimat mərasimindən söz açıb. O, həmin tədbiri 3,5 milyard insanın izlədiyini deyib.

Komanda.az ESPN-ə istinadən xəbər ki, Bekhem məsələ ilə bağlı bu fikirləri bildirib:

“Tarixin ən böyük futbolçusu şəhərimizə və klubumuza gəldi. Digər ölkələr bunu maraqla qarşılayıb. Messinin təqdimat mərasimini 3,5 milyard insan izləyib. Çox böyük rəqəmdir”.

“Transfermarkt” portalının verdiyi məlumata görə, Messi ABŞ klubu ilə 2025-ci ilin sonuna qədər olan müqavilə imzalayıb. O, yeni klubunda iyulun 21-də debüt edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button