Messinin kürəyinə şillə vuran Əli ona nə deyib? – FOTO

Səudiyyə Ərəbistanı millisinin müdafiəçisi Əli Əl-Bulahi DÇ-2022-nin Argentina ilə oyununda Lionel Messiyə sataşıb.

Komanda.az xəbər verir ki, o, komandası ikinci qolu vuran zaman Messiyə yaxınlaşıb və onun kürəyinə iki şillə vuraraq, nəsə deyib. Qarşılaşmadan sonra Əl-Bulahi Messiyə nə dediyini açıqlayıb:

“Ona dedim ki, qalib gələ bilməyəcəksiz”.

Əl-Bulahi Messiyə yaxınlaşan vaxt qarşılaşmanın başa çatmasına təxminən 30 dəqiqə qalıb.

Səudiyyə Ərəbistanı millisi qrup mərhələsinin ilk turunda Argentinaya 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button