“Messinin geri dönməsi komandada xoş qarşılanacaq” – Arauxo

“Barselona”nın müdafiəçisi Ronald Arauxo Lionel Messinin Kataloniya təmsilçisinə mümkün qayıdışı haqda danışıb.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, o, paltardəyişmə otağında bu məsələ barədə danışdıqlarını söyləyib:

“Paltardəyişmə otağında bu məsələ haqda danışırıq. Messinin geri dönməsi komandada xoş qarşılanacaq”.

Argentinalı forvard 2005-2021-ci illərdə “Barsa”da çıxış edib. Hazırda PSJ-də forma geyinən Messinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Messi cari mövsümdə Paris klubunun heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button