Messinin “Barselona”dan gedişinin “sirr”i

Lionel Messinin 2021-ci ildə “Barselona”dan ayrılmasının təfərrüatları məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Qilem Balaqu yayıb. Sən demə, argentinalının yüksək məvacibi onun komandanı tərk etməsi üçün əsas səbəb olmayıb. Çünki Messi klubun maliyyə vəziyyətini nəzərə alaraq, yeni müqavilədə ilk il üçün maaşın 75 faiz, müqavilə müddətində isə 50 faiz azaldılmasına razılaşıb. 2021-ci ilin yayında Kataloniya klubunda heç bir futbolçu belə addım atmayıb.

Danışıqlar zamanı Messinin irəli sürdüyü əsas tələb “Barselona”nın rəqabət qabiliyyətini artırmaq üçün komandanın gücləndirilməsi, yeni oyunçuların alınması olub. Amma bu tələb əsas deyildi, argentinalı forvard üçün ən vacibi klubda qalmaq idi.

Yeni müqavilə razılaşdırılıb və 5 avqustda rəsmən elan olunmasına qərar verilib. Ancaq sonradan “Barselona”nın prezidenti Xuan Laporta Messinin atası Xorxeyə deyib: “Mən daha Messinin müqaviləsi ilə məşğul olmaq istəmirəm. Hər şey bitdi. Klubun taleyini riskə ata bilmərəm. Bildiyim kimi davranacam”. Bundan sonra Messinin klubdan gedəcəyinə şübhə qalmır və avqustun 5-də onun gedişi açıqlanır.

Laportanın belə davranışı klubun maliyyə hesabatında səhvə yol verməsi ilə izah olunur. O hesab edirmiş ki, heyəti gücləndirmək üçün Messiyə verdiyi vədi yerinə yetirməyə maliyyə imkanları yetməyəcək. Baxmayaraq ki, İspaniya La Liqasının prezidenti Xavyer Tebas “CVC Capital Partners” şirkəti ilə “Barselona”ya Messini saxlamaq və heyəti gücləndirmək imkanı verən müqavilə imzalamışdı.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button