Messini transfer etdilər, məğlubiyyətin nə olduğunu unutdular

Amerikanın “İnter Mayami” klubu argentinalı hücumçu Lionel Messinin gəlişindən bəri uduzmayıb.

Komanda.az “Opta Sports”-a istinadən xəbər verir ki, Devid Bekhemin sahibi olduğu komanda Lionel Messinin transferindən sonra bütün yarışlarda 11 oyuna çıxıb. Bu görüşlərdə komanda 10 qələbə qazanıb və bir dəfə bərabərə qalıb.

“İnter Mayami” üç oyunda penaltilər seriyasında qalib gəlib.

Argentinalı hücumçunun hesabında 11 qol və 8 məhsuldar ötürmə var.

Avqustun sonunda “İnter Mayami” MLS+MX Liqa kubokunu qazanıb. Bu kubok Lionel Messi üçün yeni klubunda ilk olub.

“İnter Mayami” hazırda Şərq Konfransının turnir cədvəlində 25 xalla 14-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button