Messidən Türkiyə və Suriyaya dəstək – FOTO

PSJ-nin hücumçusu Lionel Messi sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, Türkiyədə və Suriyada baş verən zəlzələ nəticəsində zərərçəkən şəxslərə dəstək nümayiş etdirib:

“Son günlər Türkiyədə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən minlərlə uşaq və onların ailələri zərər gördü. Ürəyim onlarla birlikdədir”.

Öncədən argentinalı hücumçunun formasının xeyriyyə hərracına çıxarıldığı bildirilirdi. Satışdan əldə edilən vəsait zəlzələ nəticəsində zərərçəkənlərə yardım üçün istifadə olunacaq.

Ən son məlumatlara görə, dağıdıcı zəlzələ nəticəsində Türkiyədə 30 min, Suriyada isə 3500 nəfər vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button