Messi: “Bundan sonrasını Allahın iradəsi müəyyən edəcək”

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində 2:1 hesablı qələbədən sonra azarkeşlərə müraciət edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu komandanın yenidən dünya çempionatının finalına yüksəlməsinin qürurverici olduğunu bildirib:

“Bu anın dadını bizim kimi siz də çıxarın. Biz yenidən dünya çempionatının finalına yüksəldik və Argentinanı dünyanın ən güclü iki komandası sırasına qaytardıq. Dörd il dünya çempionu kimi bu titulu yaşadıq, indi isə yenidən finaldayıq. Ümid edirəm ki, siz də bunu bizim qədər böyük sevinclə qarşılayırsız. Bu gün son addımı atdıq və hamının arzuladığı məqsədə çatdıq – dünya çempionatının finalına yüksəldik. Bundan sonrasını isə Allahın iradəsi müəyyən edəcək”.

Argentina yığması DÇ-2026-nın finalında İspaniya millisi ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button