Messi zədələnib

PSJ-nin hücumçusu Lionel Messi zədələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard UEFA Çempionlar Liqasında “Benfika” ilə keçirilən oyunda (1:1) dizindən xəsarət alıb.

Messu qol vurduğu oyunda zədələnsə də, onun durumunun ciddi olmadığı açıqlanıb. Onun matçın 81-ci dəqiqəsində əvəzlənməsinə səbəb də məhz bu olub. Futbolçu özü baş məşqçi Kristof Qaltedən diz nahiyəsində ağrı hiss etdiyi üçün əvəzlənməsini istəyib.

35 yaşlı hücumçu Liqa 1-in “Reyms”lə oyununu buraxa bilər.

10-cu turun “Reyms” – PSJ matçı sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button