Messi niyə əvəzlənib?

PSJ-nin baş məşqçisi Kristof Qalte Çempionlar Liqasının qrup mərhələsində “Benfika” ilə matçda (1:1) hücumçu Lionel Messini niyə əvəzlədiyini açıqlayıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi, Messini yorulduğu üçün əvəz etdiyini deyib:

“O, çoxlu zərbələr vurdu və sürətlənmələr etdi, Lionel yorulmuşdu. Özünü yorğun hiss etdiyi üçün dəyişdirildi. Və o vaxt təzə oyunçu daha yaxşı hazırlanmışdı”.

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Benfika” – PSJ matçının ilk hissəsində Messi qol vurub. “Benfika” argentinalının Çempionlar Liqasında qol vurduğu 40-cı klubdur. Bununla da, hücumçu yeni rekorda imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button