Messi yenə qol vurdu, komandası darmadağınla qalib gəldi

Lionel Messi “İnter Mayami” komandasında növbəti qolunu vurub.

Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu “Şarlott”u 4:0 hesabı ilə məğlub etdikləri Liqa Kubokunun 1/4 final oyununda fərqlənib. O, komandasının sonuncu qolunun müəllifi olub.

“İnter Mayami”nin digər qollarına Xosef Martines, Robert Teylor və Adilson Malanda (öz qapısına) imza atıblar.

Liqa Kubokunda ABŞ-la yanaşı, Kanada və Meksika təmsilçiləri də iştirak edirlər. Devid Bekhemin sahibi olduğu komanda yarımfinalda “Filadelfiya” ilə qarşılaşacaq. Oyun avqustun 16-da baş tutacaq.

“İnter Mayami”nin heyətində meydana çıxdığı beşinci oyununda 8-ci dəfə rəqib qapılarına yol tapan Messi klub tarixində ən çox qol vuran 3-cü oyunçu olub. O, hazırda yalnız Qonsalo İquayn (29 qol) və Leonardo Kampanadan (16 qol) geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button