Messi və Ronaldo yenidən üz-üzə – PSJ rəsmən açıqladı

Fransanın PSJ klubu Qətər və Səudiyyə Ərəbistanında baş tutacaq qış hazırlıq planını açıqlayıb.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi yanvarın 17-də Qətərin paytaxtı Dohaya yollanacaq.

Paris təmsilçisi Dohada iki gün məşq etdikdən sonra Səudiyyə Ərəbistanına gedəcək. Çünki PSJ Ər-Riyadda bu ölkənin iki ən məşhur klubunun – “Əl-Nəsr” və “Əl-Hilal” komandalarının ulduz futbolçularından ibarət kollektivlə üz-üzə gələcək. Oyundan dərhal sonra PSJ Parisə dönəcək.

Xatırladaq ki, “Əl-Nəsr”in heyətində PSJ-yə qarşı yeni transfer Kristiano Ronaldonun da oynaması gözlənilir. Bu səbəbdən onun PSJ-dəki həmkarı Lionel Messi ilə üz-üzə gəlməsi ehtimalı yüksəkdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button