Messi üçün PSJ ilə görüşəcək

Argentinalı hücumçu Lionel Messi PSJ ilə yeni müqavilə imzalamağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Fransa klubunda qalmaq istəyir. Leonun atası Xorxe Messi tezliklə PSJ təmsilçiləri ilə görüşəcək. Görüş zamanı yeni müqavilənin müddəti və Messinin maaşı müzakirə olunacaq.

Görüşdə yeni müqavilə ilə bağlı razılığın əldə olunacağı gözlənilir.

Messi 2021-ci ilin avqustundan PSJ-də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb, 13 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button