Messi PSJ-ni milliyə qurban verir

PSJ-nin argentinalı hücumçusu Lionel Messi müqavilədəki bəndə uyğun olaraq, dünya çempionatına görə yaranacaq fasiləyə qədər Fransa klubunu tərk edə bilər.

Komanda.az “Toda Pasion”-a istinadən xəbər verir ki, hücumçunun müqaviləsində onun DÇ-2022 ilə bağlı Fransa çempionatındakı fasilədən əvvəl Argentina millisinin düşərgəsinə gedə biləcəyi bəndi var. Razılaşmaya əsasən, millidə oynamaq PSJ-nin yoxlama və rəsmi oyunlarından daha üstündür.

Noyabrın 7-də Messi milli komandaya getməlidir. Beləliklə, o, noyabrın 13-də Liqa 1-də “Oser”lə oyunu buraxacaq.

Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Argentina millisi C qrupunda Meksika, Səudiyyə Ərəbistanı və Polşa ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button