Messi PSJ-də ilk qolunu vurdu

PSJ-nin hücumçusu Lionel Messi Paris təmsilçisində ilk qolunu vurub.

Komanda.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən “Mançester Siti” ilə matçda fərqlənib.

74-cü dəqiqədə fərqlənən Messi komandasının 2-ci qolunu vurmaqla matçda yekun nəticəni müəyyənləşdirib. 34 yaşlı hücumçu bu yay transfer olunduğu PSJ-də əvvəlki oyunları qolsuz başa vurmuşdu.

Qeyd edək ki, Messi avqustda PSJ ilə 2+1 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button