İddia: Messi ora gedir, Neymarı da aparır

PSJ-nin futbolçusu Neymar “Mançester Siti”yə transfer oluna bilər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, bu, “Barselona”dan ayrılması gündəmdə olan Lionel Messinin istəyi ilə ola bilər. Belə ki, onun Kataloniya klubundan ayrılacağı halda, “Mançester Siti”yə transfer olunacağı gözlənilir. MS-nin baş məşqçisi Pep Qvardiola əvvəllər də birlikdə çalışdığı futbolçunu heyətdə görmək istəyir. Məlumata görə, Messi keçmiş komanda yoldaşı Neymarın da “şəhərlilər”ə gəlməsini arzulayır. O, bu barədə braziliyalı futbolçuyla da danışıb.

Neymarın da yenidən Messi ilə birlikdə çıxış etmək istədiyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button