Messi Kasilyası geridə qoydu

“Barselona” İspaniya La Liqasının 31-ci turunda “Atletiko”nu 2:0 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma Kataloniya təmsilçisinin hücumçusu Lionel Messi üçün əlamətdar olub. Belə ki, argentinalı hücumçu “Barselona” formasıyla La Liqada 335-ci qələbəsini qazanıb.

O, bu göstərici ilə “Real”ın sabiq qapıçısı İker Kasilyası geridə qoyub. İspan oyunçu “Real” formasıyla La Liqada 334 dəfə qələbəyə sevinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button