“Messi fiziki baxımdan canavar kimidir” – Xavi

“Barselona”nın keçmiş futbolçusu, hazırda Qətərin “Əl-Sədd” klubunu çalışdıran Xavi açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubunda baş məşqçi Kike Setyeni əvəzləyəcəyi deyilən 40 yaşlı mütəxəssis, bunları deyib:

“Bunu gizlətmirəm, hər zaman demişəm, əsas hədəfim zamanı gələndə “Barselona”da çalışmaqdır. Bura mənim evimdir və burda çalışmaq bir xəyalın gerçəkləşməsi olar, amma indi “Əl-Sədd”ə köklənirəm. Hər şeydən əvvəl Setyenə hörmət etməliyik, komandaya ən yaxşısını arzulayıram”.

Xavi, “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı da fikirlərini bölüşüb:

“Messinin istədiyi qədər oynadığını görürəm. Messi fiziki baxımdan canavar kimidir. Onun DÇ-2022-də iştirak edəcəyindən şübhəm yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button