Messi Çempionlar Liqasındakı rekordunu yenilədi

Futbol üzrə Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib.

Komanda.az xəbər verir ki, 35 yaşlı hücumçu buna qrup mərhələsinin 3-cü turu çərçivəsində Portuqaliyada “Benfika”ya qarşı keçirdikləri səfər oyununda qol vurmaqla nail olub.

22-ci dəqiqədə adını tabloya yazdıran təcrübəli forvard turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb. Onun bu siyahıdakı ən yaxın izləyicisi Kriştiano Ronaldodur. Hazırda “Mançester Yunayted”də çıxış edən portuqaliyalı futbolçu ÇL-də 38 komandaya qol vurub.

Yeri gəlmişkən, Messi ÇL-də vurduğu qolların ümumi sayını da 127-yə çatdırıb. Hansı ki, bu siyahıya da 140 qolla Kriştiano Ronaldo başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button