Messi qiyməti 10 milyon avrodan çox olan malikanə aldı

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi ABŞ-də qiyməti 10 milyon avrodan baha olan malikanə alıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ev Floridanın cənubundakı kurort şəhəri olan Fort Lauderdeyldə yerləşir. Malikanənin ümumi sahəsi 976 kvadratmetr olan səkkiz yataq otağı, hovuzu, idman zalı və spası var.

Messinin malikanəsi klubun məşq mərkəzi və stadionunun yaxınlığında yerləşir.

36 yaşlı argentinalı futbolçu bu yay “İnter Mayami” ilə müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button