Mertensin yeni klubu müəyyənləşdi

İtaliyanın “Napoli” klubunun hücumçusu Dris Mertens karyerasını A Seriyasının digər klubunda davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “İnter”lə anlaşıb. “Napoli” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq futbolçu, Milan təmsilçisinə azad agent olaraq qoşulacaq. “İnter”in Mertensə ildə 5 milyon avro məvacib olmaqla, 2 illik müqavilə təklif etdiyi bildirilir.

2013-cü ilin yayından “Napoli”nin şərəfini qoruyan belçikalı futbolçu, cari mövsümdə iştirak etdiyi 29 oyunda 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.