
“Real”ın müdafiəçisi geri dönür
“Real”ın müdafiəçisi Ferland Mendi uzun fasilədən sonra yenidən meydanda görünməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Alvaro Arbeloa fransalı futbolçunu bu gün La Liqa çərçivəsində “Selta” ilə keçiriləcək oyunda start heyətində meydana buraxmağı planlaşdırır.
30 yaşlı müdafiəçi yanvarın əvvəlindən bəri ilk dəfə start heyətində meydana çıxacaq. O, sonuncu dəfə ötən il noyabrın sonlarında əsas heyətdə yer almışdı.
Mendi bu mövsüm cəmi üç oyunda iştirak edib. O, tez-tez aldığı zədələr səbəbindən komandaya kömək etməkdə çətinlik çəkir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



