“Mbappenin PSJ ilə müqaviləsini uzatmaq şansı yoxdur”

PSJ-nin sabiq futbolçusu Jerom Rotin Paris klubunun hücumçusu Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, Mbappenin “Real”a transfer olunacağını bildirib:

“Mənbələrimdən bildiyimə görə, Mbappe artıq “Real”a transfer olunmağa yaxındır. Son baş verənləri nəzərə alsaq, bu transferin təxirə salınacağı aydın görünür. Mbappenin PSJ ilə müqaviləsini uzatmaq şansı yoxdur. PSJ onu satmağa razılıq verdi və bu keçid tərəflərin razılığı ilə baş tutacaq. Bunun üçün sadəcə vaxt lazımdır. “Real”ın Mbappeni transfer etmək üçün daha bir ilə ehtiyacı olsa belə, bu, məni təəccübləndirməz”.

21 yaşlı Kilianın PSJ ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button