“Mbappe oyun baxımından Ronaldoya ən yaxın futbolçudur”

“Aston Villa”nın sabiq futbolçusu Qabriel Aqbonlahor “Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappeni braziliyalı keçmiş oyunçu Ronaldo Nazario ilə müqayisə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mbappenin DÇ-2026-da İsveç millisinə vurduğu qol haqda danışaraq belə deyib:

“Ronaldo belə qol vursaydı, dünya dəli olardı. Mbappe oyun baxımından Ronaldoya ən yaxın futbolçudur”.

Dünya çempionatının 1/16 final mərhələsində Fransa millisi İsveç yığmasını 3:0 hesabı ilə məğlub edib. Mbappe bu oyunda dubla imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button