Mbappe PSJ ilə müqaviləsini yeniləməyəcək

PSJ-nin hücumçusu Kilian Mbappe klubla başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq.

Komanda.az “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı forvard İspaniya təmsilçisi “Real”a transferini nəzərdən keçirir. 2024-cü ilin əvvəlində tərəflər arasında razılığın əldə olunacağı bildirilir.

Mbappe cari mövsümdə Paris klubunun heyətində bütün turnirlərdə 22 oyun keçirib, 21 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqavilə müddəti gələn il yayda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button