Mbappe məhşur aktrisa ilə görüntülənib

“Real”ın hücumçusu Kilian Mbappenin ispaniyalı aktrisa Ester Esposito ilə münasibətdə olduğu iddia olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu və aktrisa bir neçə gün əvvəl Madriddə yerləşən barlardan birində birlikdə görüntülənib.

Mbappe və Ester bir-birini qucaqlayaraq səmimi şəkildə vaxt keçiriblər. Hələlik tərəflərin rəsmi olaraq cütlük olduğu təsdiqlənməsə də, onların münasibətdə olması barədə ilk söz-söhbətlər hələ 2019-cu ildə ortaya çıxmışdı.

Mbappe hazırda zədəsini bərpa edir. O, bir neçə gün əvvəl Paris şəhərinə də səfər edib.

27 yaşlı futbolçu bu mövsüm La Liqa çərçivəsində 23 oyuna çıxaraq 23 qol vurub və 4 məhsuldar ötürmə verib. Bundan əvvəl “Real”ın baş məşqçisi Alvaro Arbeloa Mbappe və Çud Bellingemin səhhəti barədə danışaraq, vəziyyətin tam nəzarət altında olduğunu bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button