Mbappe Levandovski ilə niyə görüşüb?

PSJ-nin hücumçusu Kilian Mbappe 6 ay əvvəl Robert Levandovski ilə görüşdüyünü bildirib.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, görüş gizli formatda keçirilib. Həmin vaxt fransalı futbolçu polşalı həmkarı ilə birlikdə Paris klubunda birgə çıxış etmək istədiyini bildirmişdi.

PSJ rəhbərliyinin Mbappeni klubda saxlamaq üçün verdiyi vədlərdən biri Levandovskinin transferi idi.

Levandovski isə “Bayern”dən “Barselona”ya keçmək istədiyini bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button